“TikTok”da tanış olduğu qadını işə düzəltmək adı ilə aldatdı

0
2911

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Zamiq Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına görə, Zamiq Dadaşov 2023-cü ilin sentyabr ayında “TikTok” sosial şəbəkəsində tanış olduğu zərərçəkmiş G.Şirinovaya Bakı Şəhəri Baş Polis İdarəsinin dəftərxanasına polis nəfəri – operator vəzifəsi üzrə işə qəbul etdirəcəyini yalan vəd verib.

O, bu məqsədlə 2023-cü illərdə müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində qadının ümumilikdə 8250 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

***

Bakıda istirahət mərkəzindən qadına məxsus avtomobil qaçırılıb.

Bineqedi.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə avqustun 19-u saat 14 radələrində baş verib.

Novxanı bağları sahəsinin ərazisində yerləşən istirahət mərkəzinin qarşısından paytaxt sakini olan bir qadına məxsus “Hyundai” markalı avtomobil qaçırılıb.

Hadisəni törətmiş həmin obyektdə çalışan Natiq Qasımov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar davam etdirilir.

 

Əvvəlki məqaləMeymunçiçəyi ilə bağlı daha bir – Rəsmi açıqlama
Növbəti məqalədəQərbin İrəvana çatdırdığı silahlar – regionu qanlı poliqona çevirmək planı işə salınıb – ŞƏRH