Binəqədidə şadlıq evində yanğın olub

0
2963
fhn-yangin-gencler-telim.png

Bakının Binəqədi rayonunda yerləşən şadlıq evində yanğın olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 800 kvadratmetr (hər mərtəbəsi 400 kvadratmetr) olan ikimərtəbəli şadlıq evinin dam örtüyündə quraşdırılan havalandırma qurğusunun mühərriki və hava təmizləyici qurğu yanıb.

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqaləMaaş və pensiya artımı ilə bağlı şad xəbər
Növbəti məqalədəPrezident fərman imzaladı