Binəqədidə yük maşını 2 bacını vurdu, biri öldü

0
1901
Binəqədidə eyni evdə bacı və qardaş bıçaqlanıb

Bakıda yük avtomobili iki bacını vurub.

Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən səhər Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində qeydə alınıb.

Aqil Səmədov idarə etdiyi “Mercedes Benz Axor” markalı qoşqulu yük avtomobili ilə Cəmilə Eyvazova və bacısı Elmira Eyvazovanı vurub. Nəticədə C.Eyvazova aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Əvvəlki məqaləGəncə terrorundan 4 il ötür
Növbəti məqalədəBu şəxslərə 6 min manat veriləcək