Binəqədidə dəhşətli qətl: bibisi qızı ilə ailə quran kürəkən qayınanasını yandırıb

0
46
bineqedi-binagadi-qetl-olum-baku-baki

Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Bineqedi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə Aydınbəyov küçəsi 22 ünvanında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.

Daha sonra V. Hüseynov 85 yaşlı bibisini – qayınanasını bıçaqlayıb.

Hər iki şəxs hadisə yerində ölüb.

Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədi RPİ-nin Polis Bölmələri ilə bağlı məlumatlar: qəbul günü, ünvan, əlaqə telefonları
Növbəti məqalədəBinəqədidə futbol birinciliyi – Qalib bu məktəb oldu – Fotolar