Şəhid Mustafayev Elnur Nəcəf oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi Hüseyn Quliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Biləcəri Bələdiyyəsinin sədri Etibar Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bineqedi.com