Binəqədidə bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirilib – FOTO

0
3004
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında “8 Noyabr – Qalib Xalqın Unudulmaz Zəfər Tarixi” adlı tədbir çərçivəsində bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək şəhid övladlarını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etdi. Vüsar İsmayılov Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs etdi. Bütün xalqımızın şəhid qəhrəmanlarımızla daim qürur duyduğunu və onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd etdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin müqəddəs borcumuz olduğunu söylədi. O, şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışdı. Sonda şəhid övladlarını təbrik edərək, onlara şəhid atalarının adına layiqli övladlar olaraq yetişmələrini arzuladı.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxış edərək bildirdi ki, sentyabrın 27-də başlayaraq 44 gün davam edən İkinci Qarabağ müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərmiş oldu. Onlar ölümü ilə dastan yazdılar, dillər əzbərinə çevrildilər. O, uşaqları təbrik edərək, onlara uğurlar arzuladı.
Görüş çay süfrəsi ətrafında davam etdirildi və şəhidlərin ailə üzvlərinə – övladlarına müxtəlif hədiyyələr təqdim edildi.
Bineqedi.com
Bir 4 nəfər və uşaq şəkili ola bilər
Bir 3 nəfər, körpə və mətn şəkili ola bilər
Bir 2 nəfər, uşaq və mətn şəkili ola bilər
Bir 14 nəfər, uşaq və gülümsəyən insanlar şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər, uşaq, gülümsəyən insanlar və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Elvin Bayramovun xatirəsi anılıb – Foto
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirildi – FOTO