Binəqədidə əczaçı qadına bıçaqla hücum edildi

0
2218
bineqedi-rayon-polis-idaresi

Bakıda quldurluq hadisəsi baş verib.

Bineqedi.com xəbər verir ki, hadisə dekabrın 3-də saat 13:48-də Binəqədi rayonunda yerləşən “Şəfa” aptekdə qeydə alınıb.

Belə ki, aptekdə əczaçı işləyən 56 yaşlı Sevinc Qabulova polisə müraciət edərək, tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib.

Qadın qeyd edib ki, naməlum şəxs əlində bıçaqla işlədiyi aptekə daxil olub və hədə-qorxu ilə ondan 232 manat pul alaraq apteki tərk edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş şəxsin, 1986-cı il təvəllüdlü, əvvəllər CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuş Adgözəlov Nurlan İmran oğlu olduğu müəyyən edilib. O bu gün şübhəli şəxs qismində tutulub.

Faktla bağlı  Binəqədi RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi (quldurluq-silah tətbiq etməklə) ilə cinayət işi başlanaraq istintaq aparılır.

Əvvəlki məqaləBinəqədidə humanitar aksiya keçirilib – Foto
Növbəti məqalədə“TikTok” dələduzları yenə İŞ BAŞINDA – Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər KİMDİR?