Artımlar nə qədər şəxsi əhatə edəcək? – Baş nazir açıqladı

0
2994

“2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edəcək”.

Bineqedi.com xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Ümumilikdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 40%-ni üstələyir. Son 5 ildə isə həyata keçirilən 4 sosial islahat paketi 7 milyard manat olmaqla, 4 milyon vətəndaşı əhatə edib”, – deyə Baş nazir əlavə edib.

“Ənənəvi olaraq hərbi gücümüzün artırılması bizim üçün bir nömrəli prioritetdir”.

“Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin 20.6%-in təşkil edir (8,6 mlrd manat).

Prezidentin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində artan gəlirlərimiz hesabına əhalinin sosial müdafiəsi və rifah halının davamlı yaxşılaşması təmin edilir. 2025-ci ildə büdcənin əsas xərc istiqamətlərindən biri əhalinin sosial müdafiəsi və sosial təminatı olacaq. Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetləri sırasında daim qalmağa davam edəcək”, – deyə Baş nazir bildirib.

“Dünya ərzaq qiymətlərinin nisbətən bahalaşmasına, əsas ticarət tərəfdaşlarında yüksək inflyasiyaya baxmayaraq, 2024-cü ilin 11 ayında Azərbaycanda orta illik inflyasiya 2.0%, illik inflyasiya isə 4.4% olub”.

“Hazırda dünyada və regionda davam edən geosiyasi gərginliklərə, iqlim dəyişikliklərinə, əmtəə bazarlarında qiymətlərin volatilliyinə baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub”, – deyə Baş nazir bildirib.

Əvvəlki məqaləDYP-dən sürücülərə XƏBƏRDARLIQ
Növbəti məqalədəSürgündə olan Fransa: Makron və çöküş xronikaları