Binəqədidə “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb – FOTO

0
3544
Binəqədi rayonunun ərazisində (Koroğlu Rəhimov 53a) “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb.
Bineqedi.com xəbər verir ki, açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak etdilər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb.
Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. “Gəl, istehsalçıdan al” şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.
Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcəkdir.
Bineqedi.com 
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər və meyvə şəkili ola bilər
Bir 6 nəfər şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləSədərəkdə sərhəddə Ermənistan tərəfindən törədilən yanğın söndürüldü – VİDEO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların fərdi qəbulu keçirilib – FOTO