Binəqədidə narkotik satışında şübhəli bilinən daha 3 nəfər saxlanılıb, 12 kq narkotik dövriyyədən çıxarılıb

0
2730
bineqedi-rayon-polis-idaresi

Binəqədidə polisin əməliyyatları zamanı 22 kiloqram narkotik vasitə aşkarlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı 29 yaşlı İbrahim Sarmanov və 25 yaşlı Kamran Mütəllimov saxlanılıblar. Həmin şəxslərdən 8 kiloqrama yaxın marixuana və tiryək aşkar olunub.

İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir şəxs – 29 yaşlı Orxan Cabbarov da saxlanılıb. Həmin şəxsdən 4 kiloqrama yaxın marixuana, tiryək və 130 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Qeyd edək ki, Binəqədi rayonunda ilin əvvəlindən həyata keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib. Ümumilikdə 22 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Həmçinin cari ilin əvvəlindən Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 21 ədəd odlu silah, 172 ədəd patron və 2 ədəd əl qumbarası aşkarlanıb.

***

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi “Baksol yolu” adlanan hissədə yük avtomobili aşıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov bildirib. Qeyd olunub ki, qəza səbəbindən hazırda qeyd olunan yola bütün istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

“NİİM yol polisi ilə birgə qısa zamanda nəqliyyatın hərəkətinin bərpa olunması istiqamətində bütün mümkün tədbirlər görür”, məlumatda deyilir.

“Baksol yolu”nda yük maşını aşıb, hərəkətə məhdudiyyət qoyulub - FOTO

Əvvəlki məqaləXocəsən, Sulutəpə, Puta, Korgöz sakinlərinə şad xəbər: kanalizasiya xətti ÇƏKİLƏCƏK
Növbəti məqalədəAzərbaycanda həqiqi hərbi xidmətin müddəti azaldılmayacaq – SƏBƏB