Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib – Foto

0
2931
Binəqədi rayonunda ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi məqsədilə növbəti ümumrayon iməciliyi keçirilmişdir.
Bineqedi.com-a verilən məlumata görə, iməcilikdə rayonun kommunal təsərrüfat birlikləri tərəfindən ərazidə təmizlik işləri aparılmış, prospekt və küçələrdə yollar, səki kənarları, bina fasadları, vitrinlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, parklarda skamyalar bərpa edilmiş, yaşıllıq zolaqlarında və hasarlanmış ərazilərdə yanğın hadisələrinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür. Otlaq və digər yanğına həssas tullantılar ərazilərdən təmizlənib çıxarılmış, səliqə-səhman işləri aparılmışdır.
Rayon ərazisində təmizlik və abadlıq işləri mütəmadi olaraq davam edir.
Bineqedi.com
Bir 1 nəfər şəkili ola bilər
Bir 5 nəfər və ot şəkili ola bilər
Bir 2 nəfər, ağac və ot şəkili ola bilər
Bir 2 nəfər, ağac və ot şəkili ola bilər
Bir 1 nəfər, Amerika zeytunu və ot şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 3 nəfər, parklama avtomatı, küçə və mətn şəkili ola bilər
Əvvəlki məqaləKombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?
Növbəti məqalədəBir ayın əsgəri iynədən şoka düşüb öldü – Foto