Ceyhun Bayramov: “Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir”

0
3027

“Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir”.

Bineqedi.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ukraynalı həmkarı Andrey Sibiqa ilə keçirilən birgə mətbuat konfrasında deyib.

Nazir sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın şərtlərini ukraynalı həmkarının diqqətinə çatdırıb:

“Bunun üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməli, həmçinin ATƏT-in Minsk qrupu ləğv edilməlidir”.

“Rusiya ilə Ukrayna arasında gedən müharibədə atəşkəsin əldə olunmasını çox arzulayırıq”.

Nazir qeyd edib ki, Azərbaycan müharibənin ilk günlərindən davamlı şəkildə Ukraynaya humanitar yardım göndərir:

“Həm tibbi sahədə, həm qida məhsulları, həm mülki infrastrukturun bərpa olunması və digər humanitar sahələrdə dəstəyimizi göstəririk. Bu istiqamətdə dövlət mənbələrindən 40 milyon ABŞ dolları yardım göstərilib. Ən böyük arzumuz isə iki ölkə arasında münaqişənin başa çatmasıdır”.

“Azərbaycan-Ukrayna münasibətləri iki dost və strateji tərəfdaş ölkələr arasında olan münasibətlərdir. Bu münasibətlər qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Bizim münasibətlər hər zaman beynəxlaq hüquqa əsaslanır”.

Nazir qeyd edib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib: ” Azərbaycan əraziləri də işğal altında olanda Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”.

Əvvəlki məqaləQURBANLIQ heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ÜNVANLAR açıqlanıb
Növbəti məqalədəKombi erası başa çatır: Vətəndaşların xeyri nə olacaq?