Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Binəqədi rayonunda da xoş əhvali-ruhiyyə ilə qeyd edilir.
Bineqedi.com xəbər verir ki, Müqəddəs Qurban bayramı ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə rayonumuz ərazisində yaşayan aztəminatlı ailələrə və rayonda fəaliyyət göstərən Qeyri-hökümət təşkilatlarının üzvlərinə “Qurban payı” paylanılmışdır.
Dua və niyyətlərinizin Tanrı dərgahında qəbul olunması diləyi ilə hər kəsə xoşbəxtlik, əmin-amanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq.
Qurban bayramınız mübarək olsun!