Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
11002
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Biləcəri qəsəbəsi, 5057/68-ci məhəllə və Dərnəgül küçəsində (Xəzər kafesinin arxa tərəfi) sahibsiz heyvanların toplanması, Qaçaq Nəbi küçəsinə təhlükəsizlik dirəklərinin quraşdırılması və Ordubadi küçəsində hərbi hissə ilə üz-üzə olan çəpərin abadlaşdırılması, Yəhya Hüseynov küçəsində piyada zolağının yenilənməsi, Mehdiquluxan küçəsinə asfalt örtüyünün çəkilməsi, Biləcəri qəsəbəsi, məhəllə 5057/68, 4-cü binanın zirzəmisinə yığılmış suyun çəkilməsi və A.Zeynallı 33-cü binada binanın zirzəmisinin dezinfeksiya olunması, Biləcəri qəsəbəsi, məhəllə 5035, 2-ci binanın qarşısının işıqlandırılması, Laçın küçəsinə asfalt örtüyünün çəkilməsi və İpək Yolu küçəsində (döngə 2-8) kanalizasiya sisteminin yenilənməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilər
Bir 5 nəfər şəkili ola bilər
Bir 4 nəfər şəkili ola bilər
Bir 12 nəfər və kütlə şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 8 nəfər şəkili ola bilər
Bir 5 nəfər və platforma şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləSosial yardım məbləğində artımlar olacaq? – Deputatdan AÇIQLAMA
Növbəti məqalədəEn İyi Stratejilerle EGT Slotunda Kazanın