Binəqədidə villa yandı – Video

0
9895
bineqedi-yangin-partlayis

Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib

Bineqedi.com xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 780kv.m. olan ikimərtəbəli mansard tipli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə, həmçinin bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsi və mansard hissəsi yanıb.

Evin birinci mərtəbəsi və bitişik ev yanğından mühafizə olunub.

Əvvəlki məqaləAzərbaycanda bu günlərdə işləməyən şəxslərə maaşları veriləcək – İşəgötürənlərin NƏZƏRİNƏ
Növbəti məqalədəBu ərazidə 4 gündür su yoxdur – Rəsmi cavab