Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11045
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Məmmədquluzadə küçəsi 30 ünvanında yerləşən yaşayış evinin yanında olan ağacların dam örtüyünün üzərinə düşən budaqlarının budanması, Dendroloji parkın ərazisində sahibsiz heyvanların toplanması, C.Cabbarlı küçəsində axan su borusunun təmiri, Ədalət Yusifov və Ə.Axundov küçələrinin kəsişməsində su axıntısının qarşısının alınması, Zəngəzur küçəsində suyun təzyiqinin artırılması, Faiq Rüstəmov küçəsində yeni asfaltın çəkilişindən sonra lyukların üzərinin açılması, İncəçay küçəsində elektrik təchizatında yaranan fasilələrin aradan qaldırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 11 nəfər və mətn şəkili ola bilər
Bir 13 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və mətn şəkili ola bilər
Bir 11 nəfər və mətn şəkili ola bilər
Bir 14 nəfər və mətn şəkili ola bilər
Əvvəlki məqaləBloqer əməliyyat otağına girmişdi, rəhbərlik cəzalandırıldı
Növbəti məqalədəBinəqədidə daha bir yolun təmiri işləri aparılır – Video