“İndi “lüstür”ümü bəyənmirsən, sabah da qızımı…” – Video

0
9946
toy-dava-qetl-yas-olum-dem-qazi-zeherlenme

Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən Qiyas İsmayılzadənin qayınatası danışıb.

Bineqedi.com saytı qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

O bildirib ki, nişanın pozulmasına səbəb oğlan evinin cehizləri bəyənməməsi olub:

“Qızım zəng edib dedi ki, “lüstür”ü bəyənmirlər, deyirlər ki, bu plastikdir. Evimizə yaraşmır. Mən də oğlanın atasına zəng etdim, soruşdum ki, nə məsələdir? O da dedi ki, həmin söhbətə görə evdə narazılıq var. Mən əvvəldən demişdim ki, kasıbam. Dedim, cehizi qızıma almışam, sizə yox. Bu gün “lüstür”ü bəyənmirsən, sabah da qızımı bəyənməyəcəksən”.

Qız evinin iddialarına görə, cehiz məsələsinə görə, əvvəllər də Qiyasın bir neçə dəfə nişanı pozulub. Onlar bildirirlər ki, bu məsələdən bəyin intiharından sonra xəbərdar olublar.

Ətraflı videomaterialda:

Əvvəlki məqaləBinəqədidə daha bir yolun təmiri işləri aparılır – Video
Növbəti məqalədəAbşeronda motosiklet piyadanı vurdu, sürücü hadisə yerində öldü