Qadınlar da avtobus sürəcək – Foto

0
8910
avtobus

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə yeni təlim proqramına başlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, proqram çərçivəsində namizədlər avtobus sürücüsü kimi peşəkar fəaliyyətə başlamaq üçün nəzəri və praktiki cəhətdən hazırlıq keçirlər.

Təlimlərin sonunda iştirakçılar xüsusi hazırlanmış marşrutlar üzrə sərbəst idarəetmə sınaqlarına cəlb olunurlar. Bu mərhələdə onların həm nəzəri bilikləri, həm də praktiki bacarıqları kompleks şəkildə qiymətləndirilir.

 





Əvvəlki məqaləBinəqədidə ekoloji maarifləndirmə – FOTO
Növbəti məqalədə“Əlimyandı”da ucuz satdığınız əmlakınızı – Geri ala bilərsiniz