Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6 min manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi Rayon Poliq İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A. Əlmuradov saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir nəticəsində isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.