Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9118
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Z.Qənbərov küçəsində kanalizasiya xətlərinin yuyulması, R.Aboyev adına parkda sahibsiz heyvanların ərazidən toplanması, Fərhad Hümbətov adına olan parkda qurumuş ağacların götürülməsi, Əli Məmmədov küçəsində kanalizasiya axıntısının qarşısının alınması, Baksol yaşayış massivi, Karvan küçəsində kanalizasiya xəttinin tutulmasının aradan qaldırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 9 nəfər şəkili ola bilər
Bir 7 nəfər və mətn şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 12 nəfər və dərs oxuyan insanlar şəkili ola bilər
Bir 5 nəfər və platforma şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “KamAZ” avtomobilin üzərinə aşdı – Ölənlər var
Növbəti məqalədəErmənistanın xarici siyasət manevri – Çin və Rusiyaya meylin arxasında nə dayanır? – ŞƏRH