Prezidentdən İslam İnkişaf Bankı Qrupunun Bakı toplantısı ilə bağlı SƏRƏNCAM

0
9119

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

Bineqedi.com bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, 2026-cı il iyunun 16-19-da İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:

Təşkilat Komitəsinin sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Təşkilat Komitəsi sədrinin müavini

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Təşkilat Komitəsinin üzvləri:

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Sahil Babayev – Azərbaycan Respublikasının maliyyə naziri

Adil Kərimli – Azərbaycan Respublikasının mədəniyyət naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri

Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi

Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Taleh Kazımov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı.

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının adı dəyişdirilərək Sumqayıt Sənaye Parkı olub.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri” təsdiq edilib.

Əvvəlki məqaləPutinlə Zelenskinin “qonaqpərvərliyi”: Kim hansı ölkəyə gedə bilər?
Növbəti məqalədəBinəqədidə şəhid bulağının açılışı olub