Daxili qoşunlarda struktur forması dəyişir – Yeni qanun

0
11020

Daxili qoşunların struktur forması dəyişir.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Bu Qanunun qüvvəyə mindiyi gündən “Daxili qoşunların statusu haqqında” Azərbaycan Respublika 1994-cü il 8 fevral tarixli 781 nömrəli Qanununun ləğv edilməsi təklif edilir.

Bununla yanaşı, qüvvədə olan Qanunda daxili qoşunların komandanının daxili qoşunların bütün şəxsi heyətinin birbaşa rəisi olmaqla yanaşı, həmçinin daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub. Yeni layihədə isə daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb.

Daxili qoşunların komandanının səlahiyyətləri yenidən müəyyənləşir.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların komandanı daxili qoşunların şəxsi heyətinin birbaşa rəisidir.

Daxili qoşunların komandanı:

– daxili qoşunları bilavasitə idarə edir, onların xidməti-döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetirməsinə və səfərbərlik hazırlığının saxlanılmasına görə cavabdehdir;

– müavinlərinin, daxili qoşunların idarəetmə orqanının struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

– daxili qoşunların fəaliyyətinin, strukturunun, ştatlarının, habelə daxili qoşunların fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, təşkilati tədbirlər görülməsi, inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verir;

– daxili qoşunların müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) qarşılıqlı əlaqədə tədbirlər görür, habelə həqiqi hərbi xidmətə qəbul məsələlərini həll edir;

– əmrlər, sərəncamlar və göstərişlər verir, normativ hüquq aktlarda nəzərdə tutulmuş hallarda müvafiq sənədləri təsdiq edir;

– daxili qoşunların döyüş hazırlığı, fəaliyyət və elmi tədqiqat işlərinin planlarını, habelə döyüş təlimi proqramlarını təsdiq edir;

– ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə namizədlərin vəzifəyə təyin olunması və ya vəzifədən azad edilməsi, ali hərbi rütbələrin verilməsi, daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatların təsdiq edilməsi və onlarda dəyişiklik edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təkliflər verir, xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edir;

– zabitləri ştatla mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) hərbi rütbə üzrə vəzifəyə təyin edir və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;

– zabitlərə (ilk zabit rütbəsi və həvəsləndirmə qaydasında zabit rütbələri istisna olmaqla) mayor rütbəsinədək (bu rütbə də daxil olmaqla) növbəti hərbi rütbələr verir;

– gizirləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifəyə təyin edir və vəzifədən azad edir, onlara hərbi rütbələr verir, habelə zabitlərdən başqa digər hərbi qulluqçuları hərbi rütbələrdən məhrum edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır;

– mülki işçiləri işə qəbul edir və işdən azad edir;

– şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və hərbi intizamın möhkəmləndirilməsi sahəsində tədbirlər görür;

– səlahiyyətləri daxilində daxili qoşunların hərbi qulluqçularını, mülki işçilərini mükafatlandırır, təltif edir, intizam məsuliyyətinə cəlb edir və digər məsuliyyət tədbirlərinin görülməsini təmin edir;

– “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayır;

– səlahiyyətləri daxilində fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin olunmasına və fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühitin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasına cəlb edilən daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətinin təmin edilməsi üçün tədbirlər görür;

– daxili qoşunların fəaliyyətinin təftişinə dair materiallarla tanış olur, həmin materiallar üzrə verilmiş rəyləri təsdiq edir, aşkar edilmiş pozuntuların (nöqsanların) aradan qaldırılması və təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görür;

– daxili qoşunların beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti ilə əlaqədar tədbirlər görür.

Daxili qoşunların fəaliyyət istiqamətləri yenidən müəyyənləşir.

Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsnin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılardır:

– konstitusiya quruluşunun, suverenliyin, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;

– terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;

– fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsində, fövqəladə vəziyyətin, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;

– Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;

– Bu Qanunun 4.1.1 – 4.1.4-cü maddələrində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.

***

Həmçinin layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan daxili qoşunların səfərbərlik tapşırıqlarını müəyyənləşdirəcək, səfərbərlik və müharibə dövründə dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları tərəfindən daxili qoşunların maddi-texniki vasitələrlə təmin olunması barədə qərar qəbul edəcək.

Bununla yanaşı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın fəaliyyəti ilə bağlı dövlət orqanlarının səlahiyyətlərinə aşağıdakılar daxildir:

– daxili qoşunların çağırışçılarla, qanunla nəzərdə tutulmuş halda hərbi vəzifəlilərlə, habelə səfərbərlik zamanı, müharibə (silahlı münaqişə) dövründə hərbi nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsini həyata keçirir;

– daxili qoşunlara bilavasitə rəhbərlik edir və onlara həvalə olunmuş vəzifələrin icrası zamanı qanunçuluğa riayət edilməsini təmin edir;

– daxili qoşunların strukturu, ali hərbi rütbəli vəzifələrin siyahısı və ümumi say tərkibi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir;

– daxili qoşunların inkişaf, səfərbərlik, yerləşdirmə və tətbiq planlarını təsdiq edir;

– daxili qoşunların idarəetmə orqanında hərbi və mülki vəzifələr üçün, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrinin, hərbi hissə və bölmələrin polkovnik və polkovnik-leytenant vəzifələri üçün nəzərdə tutulmuş ştatları təsdiq edir və onlarda dəyişiklik edir;

– hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitləri, habelə ilk zabit hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuları, ehtiyatda olan hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul edir;

– müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin daxili qoşunlarda xidmətini və ehtiyata buraxılmasını təşkil edir;

– xidməti vəzifələrinin icrası zamanı daxili qoşunların həlak olmuş, ölmüş, xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilmiş, əlilliyi müəyyən edilmiş hərbi qulluqçularının ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasına köməklik göstərir, habelə onların maddi və məişət məsələlərinin həlli üçün normativ hüquqi aktlara uyğun tədbirlər görür;

– daxili qoşunların və daxili işlər orqanlarının birgə fəaliyyətini təşkil edir;

– ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrinin yerinə yetirilməsinə xüsusi və əməliyyat təyinatlı, mühafizə və təminat hərbi hissə və bölmələrini, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrini cəlb edir;

– hərbi hissələrin daimi yerləşdiyi ərazilərdən kənarda fəaliyyətinə dair qərar verir;

– qanuna uyğun olaraq daxili qoşunların hərbi qulluqçularını və mülki işçilərini intizam məsuliyyətinə cəlb edir;

– icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir, onların icrasına nəzarəti təşkil edir;

– Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq daxili qoşunların fəaliyyətinə aid digər məsələləri həll edir.

Əvvəlki məqaləMaaş kartları ilə bağlı YENİLİK
Növbəti məqalədəAzərbaycanda MİQ imtahanı ödənişli OLACAQ