Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı – Video

0
9897

Paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən 1 ədəd svetofor obyekti yararsız vəziyyətə düşüb.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Əvvəlki məqaləAzərbaycanda MİQ imtahanı ödənişli OLACAQ
Növbəti məqalədəYollardakı ölümcül qəzaların əsas səbəbləri: DİQQƏTSİZLİK, yoxsa İNFRASTRUKTUR?