Binəqədidə ağac qadının üzərinə aşdı

0
8795
bineqedi

Dünəndən ölkəmizdə başlayan güclü külək ölkəmizdə bir sıra fəsadlara yol açıb. Nəticədə bir neçə ağac aşıb. Ağaclardan birinin aşması nəticəsində qadın xəsarət alıb.

TƏBİB-dən trend-in sorğusuna cavab olaraq bildirilib ki, 11.09.2025-ci il tarixində saat 15:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu, S.S.Axundov küçəsindən ağacın aşması səbəbilə çağırış qeydə alınıb.

“Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxsə (qadın cinsli) bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu ilə yerində zəruri tibbi xidmət göstərilib”, – deyə məlumatda qeyd edilib.

***

Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləDənizaşırı ərazilər Makronun kolonial siyasətinə qarşı – etirazçılar yeni hökuməti rədd edir – ŞƏRH
Növbəti məqalədəOnlar pensiya ala bilməyəcək – RƏSMİ