Əlilliyi olan şəxslər təlimlərə cəlb olunub – Biznes qurmalarına dəstək veriləcək – VİDEO

0
59
eliller-telim-bineqedi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf  Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək proqramı iştirakçıları üçün təlimlər davam edir.

Bineqedi.info xəbər verir ki, təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən şəxslərə kiçik bizneslərini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.

Layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı 6-cı mikrorayon sakinləri ilə görüşüb
Növbəti məqalədəBinəqədi rayonunda evlərdən oğurluq edən qadın saxlanılıb