Ölkəmizdə idmanın inkişafı və kütləviləşməsi fonunda, həmçinin, dövlət gənclər siyasətinin qarşıya qoyduğu vəzifələrin daha səmərəli təşkili məqsədilə Binəqədi rayonunda fəaliyyət göstərən idman məktəbləri və idman obyektlərinin kollektivləri ilə mütəmadi olaraq görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bineqedi.info saytına verilən məlumata görə, bu baxımdan 19 noyabr 2019-cu il tarixində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, aparıcı məsləhətçi Rafiq Nəsirov Bakı Tennis Akademiyası (BTA) və Lokomativ İdman Sağlamlıq Mərkəzi Biləcəri Sarayında (LİSMBS) olublar.
BTA-nın direktoru Salam Əsgərəlizadə və LİSMBS-nin direktoru Mürsəl Qafarov idman obyektlərində yeniyetmə və gənclərin, o cümlədən rayon sakinlərinin sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə görülən işlər, idmançılar üçün yaradılmış şərait haqqında ətraflı məlumat veriblər.
Görüş zamanı gənclər arasında sağlam həyat tərzinin təbliği istiqamətində birlikdə həyata keçiriləcək tədbirlər də müzakirə edilib.
Ev Binəqədi gəncləri