Binəqədidə şəhid Nihad Rzaxanovun məzarı ziyarət olunub – Foto

0
35
sehid-nihat-rzaxanov

Şəhid Rzaxanov Nihad Natiq oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Bineqedi.com xəbər verir ki, mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Nihad Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olmuş, 9 il təhsil aldıqdan sonra işləməyə başlamışdı. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2020 -ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihad Rzaxanov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqaləKiberpolisdən ƏMƏLİYYAT: Aralarında “Koti”nin də olduğu 17 influenser Baş İdarəyə aparıldı
Növbəti məqalədəPrezident hərbçiləri təltif etdi – Sərəncam