Qəzaya uğrayan hərbi təyyarə Türkiyəyə məxsus imiş – Rəsmi+Video

0
9108

Gürcüstan- Azərbaycan sərhədində hərbi təyyarə qəzaya uğrayıb.

Bineqedi.com xəbər verir ki, bu haqda “İmedi TV” məlumat yayıb.

Kanal qəzanın videosunu yayıb, lakin hər hansı təfərrüatı ayırd etmək demək olar ki, mümkün deyil.

Gürcüstan rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.

***

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Bildirilib ki, axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılıb.

***

Türkiyə məxusu hərbi yük təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Bu haqda Gürcüstan DİN məlumat yayıb.

Məlumata görə, faktla bağlı Gürcüstan CM-nin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlanıb.

Bu maddə uçuşların təhlükəsizliyi qaydalarının və ya insan tələfatı ilə nəticələnən hava nəqliyyatı vasitəsinin istismarı qaydalarının pozulmasını ehtiva edir.

 

 

Əvvəlki məqaləİşdən qısamüddətli icazələrin e-rəsmiləşdirilməsi mümkün olacaq
Növbəti məqalədəPrezident Ərdoğana başsağlığı verdi