“Azəriqaz”dan bugünkü partlayışla bağlı açıqlama – Video

0
8781

Bu gün səhər saatlarında  “AFEN Plaza” biznes mərkəzində baş verən partlayışla bağlı “Azəriqaz” İstehsalat Birliyi (İB) açıqlama yayıb. 

Qurumun mətbuat katibi Eldəniz Vəliyev hazırda səslənən bəzi iddiaları istintaqın gedişatına maneə kimi qiymətləndirib.

“Bütün dövlət qurumları, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyi olaraq bizim əməkdaşlar da hadisə yerində idilər. Onlar “Azəriqaz”a aid olan boru xətlərinin təftişi ilə məşğuldurlar. Həmin binada hələlik qazın verilişi təmin olunmayıb. Amma ətrafdan gedən boru xətlərində hansısa nasazlığın yaranması kimi hallar səsləndirilir. Düşünürəm ki, bu kimi iddiaların səsləndirilməsi hələ ki tezdir. Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır, istintaq işlərini icra edirlər. Ən doğru məlumat istintaqın yekunu olaraq cəmiyyətə açıqlanacaq məlumat olacaq”, – E.Vəliyev vurğulayıb.

Qeyd edək ki, partlayış Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində qeydə alınıb. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev isə açıqlamasında binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olduğunu bildirib. Bunun nəticəsində binaya yeraltı qaz sızdığını iddia edib.qafqazinfo.az

 

Əvvəlki məqaləGələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq
Növbəti məqalədəİşsizlərin tibbi sığortaya 16 manat ödəməsi məcburi deyil – Detallar açıqlandı