Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9099
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 41saylı binanın qarşısında və 238 saylı uşaq bağçasının qarşısında mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, M.Cəlal küçəsi 35 saylı ünvanda zirzəminin dezinfeksiya olunması, A.Məmmədov küçəsi 119 saylı ünvanda binanın 2-c girişində istiliyin zəif olması, M.Cəlal küçəsi 105 saylı ünvanda binanın 5-ci girişinin dezinfeksiya olunması, .Hacıbəyov küçəsi 2/10 ünvanında zirzəminin dezinfeksiya olunması və Bağlar küçəsində qarajlarin təmir sexi kimi fəaliyyət göstərməsi, M.Cəlal küçəsi 103, 105 və 129a saylı ünvanlarda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Ə.Əlixanov küçəsi 89 saylı ünvanda ağacın budanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir klarnet şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və skripka şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycanda bəzi cərimələr sərtləşdirilir