Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11001
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti, ev 20 və 24 saylı ünvanlarda su xəttinin təmirindən sonra sıradan çıxmış asfalt örtüyünün vurulması, Azadlıq prospekti 20 saylı ünvanda girişin önündə kanalizasiya lyukuna yeni qapağın qoyulması, İ.Dadaşov küçəsi, binanın 8-ci girişinin qarşısında su xəttinin təmirindən sonra sıradan çıxmış asfalt örtüyünün vurulması, Ş.Məmmədova küçəsi ev 15 və 74 saylı ünvanlarda su və istilik xəttinin təmirindən sonra sıradan çıxmış asfalt örtüyünün vurulması, Ş.Məmmədova küçəsi 15 saylı binada liftin tez-tez nasaz vəziyyətdə olması, 177 saylı uşaq bağçası və Azadlıq prospekti 71q saylı ünvanın qarşısında elektrik kabeli təmirindən sonra sıradan çıxmış asfalt örtüyünün vurulması, Azadlıq prospektində (köməkçi yolda) su xəttində yaranan problemin aradan qaldırılması səbəbilə Azərsu ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulmaması, N.Nəriman 81 saylı ünvanda qəzalı vəziyyətdə olan şam ağacının götürülməsi, Azadlıq prospekti 200 saylı binanın qabağında Azərsu ASC tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulmaması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir toy şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləPrezidentlə xanımı Xankəndidə Zəfər parkının açılışında – Foto