Binəqədi rayonunda yerləşən şadlıq saraylarından birinin mühafizəçi otağından oğurluq edilib.
Bineqedi.info saytının Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə müraciət edən obyektin mühafizəçisi orada olan seyfdən 5000 ABŞ dolları və 2020 manatın naməlum şəraitdə oğurlandığı bildirib.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Eldəniz Şükürov Hacıqabul rayonu ərazisində saxlanılıb və o, ifadəsində etdiyi cinayəti etiraf edib.
Faktla bağlı 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar vasra ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.