“Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi – FOTO

0
10991

Ümumi təhsil müəssisələrinin 9–11-ci sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi üzrə qeydiyyat prosesinə başlanılıb. 

Bineqedi.com  xəbər verir ki, qeydiyyat prosesi yanvarın 30-na qədər davam edəcək.

Şagirdlər müsabiqədə iştirak üçün portal.edu.az platformasında yaradılmış “Müsabiqələr və olimpiadalar” bölməsi vasitəsilə elektron formada müraciət edə, müvafiq istiqaməti seçə bilərlər.

Qeydiyyatdan keçən təhsilalanlar müsabiqənin region mərhələsində iştirak etmək üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət olunacaqlar. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar isə nəticələr barədə portal.edu.az platforması və mobil telefonlarına göndərilən SMS vasitəsilə məlumatlandırılacaqlar.

Qeyd edək ki, müsabiqə ulu öndər Heydər Əliyevin doğum gününün 103-cü ildönümünə həsr olunub və onun zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha dərindən öyrənilməsinə xidmət edir.

en-yaxsi-teqdimat-musabiqesine-start-verildi

Əvvəlki məqaləBakıda subasma problemi olan ərazilərdə yeni kanalizasiya xətləri çəkiləcək
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO