Binəqədidə Rumıniyanın Mədəniyyət Günü qeyd olunub – FOTO

0
9892
Rumıniyanın səfiri Vasile Soare və Moldova Respublikasının səfiri Aleksandru Esaulenko hər iki dövlətdə qeyd olunan “Mədəniyyət Günü” münasibətilə Binəqədi rayonunda ucaldılan dahi rumın bəstəkarı Corce Eneskunun abidəsi önündə Rumıniya Mədəniyyət Gününü qeyd etdilər. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, yerli mədəniyyət mühitinin nümayəndələri, eləcə də rayon sakinləri qonaqları hörmətlə qarşıladılar.
Bineqedi.com xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Gürcüstan səfiri Zurab Pataradze, Tacikistan səfiri İlhom Abdurahmon, Qırğısıstan səfiri Maksat Mamitxanov, Bakı Dövlət Filarmoniyasının tanınmış dirijoru, Fəxrəddin Kərimov, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı şair və tərcüməçi Jalə İsmayıl iştirak etdilər. Bəstəkarın xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə əklil və gül dəstələri qoyuldu.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dövlətlərarası əlaqələrindən, dostluq münasibətlərindən, xalqlarımızın bir-birinin mədəniyyətinə hörmətlə yanaşmalarından söhbət acdı.
Çıxış edənlər Rumıniyalıların milli şairi Mihai Emineskunun həyat və yaradıcılığından bəhs etdilər. Bildirildi ki, Mihai Emineskunun doğum günü (15 yanvar) həm Buxarestdə, həm də Kişinyovda Milli Mədəniyyət Günü olaraq qeyd olunur. Daha sonra Rumıniya səfiri Vasile Soare dahi rumın bəstəkarı Corce Eneskunun əsərlərini xatırladaraq, Cənubi Qafqaz bölgəsi və Şərq məkanı üçün unikal olan və bəstəkarın adını daşıyan 2006-cı ildən sakinlərin istifadəsinə verilən bu parka göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə təşəkkürünü bildirdi.
Millət vəkili Günay Əfəndiyeva çıxışında iki strateji tərəfdaş olan Azərbaycan və Rumınya arasında münasibətlərin inkişafında mədəniyyətin böyük rolunu qeyd etdi.
İştirakçılara bildirildi ki, son 4 ildə həm Eminesku poeziyası (2 cilddə), həm də digər Rumıniya ədəbi xadimlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu, şairlər Səlim Babulaoğlu və Jalə İsmayılın səyləri sayəsində baş verib. Bildirildi ki, şairin əsərlərinin yeni antologiyası tezliklə Azərbaycanda nəşr olunacaq.
2022-ci ildə Eneskunun “Rapsodiyalar”ının premyerasına Bakıda dirijorluq etmiş Dövlət Filarmoniyasının dirijoru Fəxrəddin Kərimov dahi rumın bəstəkarının yaradıcılığından və ona karyerası boyu ilham verən əsərlərindən bəhs etdi.
Səfir A. Esaulenko da öz növbəsində dahi Eminesku yaradıcılığından bəhs edərək, rumın mədəniyyətindən söhbət açdı.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, Brandenburq qapısı və mətn şəkili ola bilər
Bir abidə və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir abidə və bunu deyən yazı "CIRE ENESRUL Kep" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləSeysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib
Növbəti məqalədəPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi – Foto