Seysmoloqdan HƏYƏCAN TƏBİLİ: Bəzi bölgələrdə zəlzələ ocaqları aktivləşib

0
9100

“Ölkədəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur. Şamaxı, İsmayıllı və yaxın ərazilərdə maksimum 4 baladək zəlzələ gözlənilir”.

Bineqedi.com Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib.

Seysmoloqun sözlərinə görə, sözügedən ərazilərdə zəlzələlər tarix boyu güclü və hiss edilən olub.

 

 

Qulam Babayev bildirib ki, mövcud seysmik proseslər qonşu zəlzələ ocaqlarını da hərəkətə gətirə bilər. Şəki-Oğuz, Quba-Şabran və Aran bölgəsində Hacıqabul istiqamətində mövcud olan zəlzələ ocaqlarında da seysmik aktivliyin artması mümkündür.

Seysmoloq əlavə edib ki, Bakıda və Abşeron yarımadasında da seysmik ocaqlar aktivləşib.

Onun sözlərinə görə, Türkiyə, İtaliya və Avropanın bəzi seysmik zonaları ilə müqayisədə Azərbaycan nisbətən daha sabit hesab olunur. Bunun əsas səbəbi tektonik hərəkətlərin və geodinamik proseslərin sürətinin o qədər də intensiv olmamasıdır.

***

Bu gün səhər saatlarında Şamaxı və Ağsu rayonlarının sərhədində, Pirqulu stansiyasından 12 km cənubda 3.8 maqnitudalı zəlzələ olub.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, qeydə alınan yerli təkanlar narahatlığa yol açmır:

“Bu gün baş verən zəlzələ güclü hesab edilmir. Ümumiyyətlə, ölkəmizdə hər gün yeraltı təkanlar qeydə alınır, lakin onlardan bəziləri hiss olunur, bəziləri isə yox. Son günlər baş verən zəlzələlərdə də heç bir qorxulu hal yoxdur. Bu yeraltı süxurlarda gərginliyin artması və nəticədə ortaya çıxan prosesdir. Ümumiyyətlə ölkəmizdə altı baldan yuxarı zəlzələ gözlənilmir. Yəni katastrofik zəlzələ ehtimalı bizdə yox dərəcəsindədir. Son zamanlar baş verən zəlzələlər də daha çox seysmik ərazilərdə qeydə alınır ki, burada da təhlükəli heç bir hal yoxdur”.

Qeyd edək ki, bir neçə gün öncə Şamaxı və Biləsuvar rayonlarında da zəlzələ baş verib.

 

Əvvəlki məqaləBinəqədidə maşın qaçıran şəxs saxlanıldı
Növbəti məqalədəBinəqədidə Rumıniyanın Mədəniyyət Günü qeyd olunub – FOTO