20 Yanvar faciəsinin qurbanları Binəqədidə anıldı – Foto

0
9111
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlilləri ilə görüş keçirildi. Görüşdə Rayon İcra Hakimiiyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov, 20 Yanvar Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov və cəmiyyətin üzvləri iştirak edirdilər.
Bineqedi.com xəbər verir ki, əvvəlcə Qanlı Yanvar faciəsində, vətənin azadlığı, müstəqilliyi uğrunda canından keçən igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Binəqədi Rayon İcra Hakimiiyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Elnur Məmmədov çıxış edərək bildirdi ki, “1990-cı il 20 yanvar tarixi Azərbaycanın müasir tarixinə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, xalqın milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin oyanışı günüdür. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. 20 Yanvar – “Ümumxalq Hüzn Günü” elan edildi. Bu tarix həm şəhidlərimizin anım günü, həm də ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda mübarizə aparan xalqımızın birliyi günüdür. 20 Yanvar hadisələri, böyük Zəfərlə başa çatan Vətən müharibəsi göstərdi ki, xalqımızın birliyi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Bütün bunlar tariximizin şərəf və qürur səhifələridir”.
Daha sonra “20 Yanvar Cəmiyyəti”nin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov çıxış edərək, şəhid ailərinin, sağlamlığını itirən əllilərin pensiya təminatının, sosial təminatlarının, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi, əlillərin reabilitasiyası ilə bağlı göstərilən diqqət və qayğıya görə cəmiyyətin bütün üzvləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi.
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləBinəqədidə valideynlərlə maarifləndirici görüş keçirilib – FOTO
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində səyyar hüquqi yardım aksiyası həyata keçirilib – FOTO