Qardaşı ilə faciəli şəkildə həlak olan qız tələbə imiş – 20 yaşlı Səmanın fotosu

0
9889
tecili yardim

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bineqedi.com report-a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.

 

Əvvəlki məqaləCəlilabadda yeniyetmələrin baltalanmasının təfərrüatı – Qardaşının arvadından qisas almaq istəyib
Növbəti məqalədəDeputatdan pensiyalarla bağlı şad xəbər