Bakıda yeni marşrut xətti istifadəyə verildi – 55 qəpik

0
9091
avtobus

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mövcud 214 nömrəli marşrutun sərnişin tələbatı təhlil edilib.

Bineqedi.com xəbər verir ki, Agentlikdən verilən məlumata görə, çoxsaylı müraciətlər nəzərə alınaraq fevralın 22-dən əlavə 214A nömrəli marşrut xətti istifadəyə verilib.

Marşrut xətti Ramana qəsəbəsini (F.Qayıbov küçəsi) “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir. Qeyd edilən istiqamətdə avtobuslar 13-15 dəqiqə intervalla fəaliyyət göstərir. Gedişhaqqı 0,55 AZN müəyyən edilib. Ödənişlər nağdsız qaydada həyata keçirilir.

Əvvəlki məqaləİşlədiyi “moyka”dan maşın qaçırdı – Saxlanıldı
Növbəti məqalədəPaytaxtın mərkəzində minlərlə EV SÖKÜLƏCƏK: Böyük parkların salınması planlaşdırılır – VİDEO