Prezident minimum əməkhaqqı ilə bağlı qanunda dəyişikliyi TƏSDİQLƏDİ

0
9098
manat

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

Bineqedi.com President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliklə minimum əməkhaqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılması təsdiqlənib.

Qanuna əsasən, minimum əməkhaqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Dövlət başçısı “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 13 fevral tarixli 354-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.

Əvvəlki məqaləDetektorlar dəm qazı riskindən necə qoruyur?
Növbəti məqalədəAprelin 1-dən hərbi xidmətə çağırılacaqlar – Sərəncam