Baş nazirdən hərbi qulluqçuların maaşları ilə bağlı – Qərar

0
10992

Hərbi qulluqçuların, dövlət qulluqçusu olmayan mülki işçilərin və hərbçilərin hərbi rütbəyə görə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik təsdiq edilib.

Bu Qərar 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Əvvəlki məqaləAeroport yolunda AĞIR QƏZA – 2 piyadanı maşın vurdu – ANBAAN VİDEO
Növbəti məqalədəVladimir Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsinə görə İlham Əliyevə təşəkkür edib