Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
10994

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Azadlıq prospekti II yolda və “Corce Enesku” parkında 4 ədəd qurumuş ağacın götürülməsi, Ş.Məmmədova küçəsi ilə S.S.Axundov küçələrinin kəsişməsində işıqforun yanında tut ağacının budanması, İ.Dadaşov küçəsində (Tennis Akademiyasından “Zirvə”ş/e tərəf) asfalt örtüyünün bərpası, Azadlıq-prospekti 184/24 saylı binanın zirzəmisində kanalizasiya xəttinin yuyulması və binanın həyətində ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, İ.Dadaşov küçəsi ev 68 ünvanında binanın həyətində olan quru ağacların götürülməsi, N.Nərimanov küçəsi 19 saylı binanın 1-ci girişinin qarşısında quru ağacın kəsilib götürülməsi və tut ağacının budanması, İ.Dadaşov küçəsi ev 74 ünvanında Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, Azadlıq prospekti 194 saylı binanın qarşısındakı parkda quru ağacın götürülməsi, Azadlıq prospekti 200 saylı binanın qarşısında ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, N.Nərimanov küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, Yaşadığı 178 saylı bağçada ailə üzvlərin sayı çox olduğu üçün əlavə müvəqqəti yaşayış yeri ilə təmin olunma və ya qeydiyyatda olduğu Ağdam şəhərinə köçürülməsinə köməklik, İ.Dadaşov küçəsi ev 71a ünvanında binanın fasadının təmir olunması və mənzil növbəsinə götürülməsi köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Əvvəlki məqaləPrezident: “Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir”