Binəqədi rayonunda mərhələli şəkildə abadlıq-quruculuq işləri davam etdirilir.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsində 220 metr uzunluğunda və 1500 kvadrat metr sahədə asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır.
Abadlıq-quruculuq işləri çərçivəsində rayonun digər qəsəbələrinin yollarında da təmir-bərpa işləri mərhələli şəkildə davam etdiriləcəkdir.




















