Binəqədidə şəhid Cavid Paşazadənin məzarı ziyarət olunub – Foto

0
9090
Şəhid Paşazadə Cavid Telman oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyinin məsul əməkdaşı, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.

Qeyd edək ki, Paşazadə Cavid Telman oğlu 2001-ci ilin 27 avqustunda Sulutəpə qəsəbəsində zəhmetkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Şəhid Elşən Sultanov adına 217 nömrəli tam orta məktəbdə almışdı.

Şəhid Paşazadə Cavidin sonuncu döyüş yeri olan Xocavənddə azad olunmuş torpaqları qorumaq üçün saatlarla mübarizə aparıb, döyüşən dörd gəncdən biri Cavid olub. Onlar əzmlə canları bahasına ələ keçirdikləri postu verməmək üçün son ana qədər vuruşublar. Gənc əsgər uzun mübarizədən sonra 29 oktyabr da, bacısı Zeynəbin ad günündə Şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra şəhid əsgər Cavid Paşazadə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləXırdalan-Biləcəri sahəsində təmir işləri başladı – Foto