Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? – DOSYE

0
9096
prezident-serencam-ilham-eliyev

Prezidentin Sərəncamı ilə Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin edilib.

Bineqedi.com O.Xaliyevin dosyesini təqdim edir:

Osman İsmayıl oğlu Xaliyev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib. 2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA (Biznesin təşkili və idarə edilməsi) ixtisası üzrə təhsil alıb. 2010-2011-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.

Yeni sədr 2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb.

Osman Xaliyev 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib, 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.

O, 2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib, 2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, bir övladı var.

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Osman Xaliyev KİMDİR? - DOSYE

Əvvəlki məqaləAqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqlədi – Foto
Növbəti məqalədəBinanın eyvanından şüşə qopdu, qadının başına düşdü – Video