Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir

0
9890

Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün önəmli addımlar atıb.

Bineqedi.com xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Vaşinqtonda imzalanan birgə bəyanatda da qeyd olunduğu kimi, sülh sazişinin paraflanmasından sonra prosesin başa çatması üçün ehtiyac olan addımlar atılmalıdır. Bunlardan biri də Ermənistanda referendumun keçirilməsi və konstitusiyaya dəyişikliklərdir. Biz bununla bağlı Ermənistandan müxtəlif mesajlar alırıq. Baş nazir Nikol Paşinyan planlar barədə də yeni mesajlar verir. Bizim bu mövzuda mövqeyimiz dəyişməzdir. Sülh sazişinin imzalanması üçün bu sadalananlar vacibdir”, – nazir vurğulayıb.

Əvvəlki məqaləBu kollecin keçmiş direktorlarına cinayət işi açıldı
Növbəti məqalədəŞəkidə kanat faciəsi ilə bağlı DİQQƏTÇƏKƏN MƏQAM: Nazirlikdən iki nəfərin öldüyü hadisə ilə bağlı AÇIQLAMA – VİDEO