“Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı qaydalar açıqlanacaq” – Nazir

0
9879

“Təhsil verənlərin geyimlərinə dəyişiklik edilməsindən danışılarkən burada vahid formadan yox, müəyyən qayda və tələblərdən söhbət gedir”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

“Müəllimin geyimi müəyyən bir formada tədris prosesinə, şagirdlərin davranışına, ümumiyyətlə məktəb mühitinə təsir edir. Bununla bağlı qaydalar müəyyən edildikdən sonra təbii ki, ictimaiyyətə müvafiq açıqlamaların verilməsi daha düzgün olar. Yaxın günlərdə bu qaydalarla bağlı ictimaiyyətə məlumat veriləcək”, – nazir əlavə edib.

“Bu il müəllimlik ixtisasına qəbul sayı 3690 yer azaldılıb”.

O bildirib ki, bu tədris ilində ali məktəblərə 76 mindən çox nəfər qəbul olub: “Strategiyanın 75 000 hədəfi vaxtından əvvəl yerinə yetirilib, qəbul planı artır. Müəllimlik ixtisasına 7540 yer ayrılıb. Bu ixtisasa qəbul sayı 3690 yer azaldılıb və əmək bazarının tələblərinə uyğunlaşdırılıb. Artıq müəllimlik rəqabətli peşəyə çevrilir. Biz gələcəkdə bu ixtisasın daha rəqabətli peşəyə çevrilməsini istəyirik”.

“Tədrisi digər dillərdə aparılan siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninin həftəlik saatı artırılır”.

O bildirib ki, hazırda tədrisi digər dillərdə aparılan siniflərdə 150 min şagird təhsil alır:

“2021-ci ildən etibarən Azərbaycan dili fənninin I–IX siniflərdə həftəlik dərs yükü 22-dən 31 saata qədər artırılıb.

Yeni tədris ilindən etibarən isə ümumi dərs yükünün həftəlik 31 saatdan 42 saata çatdırılması nəzərdə tutulur”.

Sertifikatlaşdırma imtahanları nəticəsində 90 minə yaxın təhsil işçisinin əməkhaqqına əlavə ediləcək.

Nazirin sözlərinə görə, ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 16 569 nəfər iştirak edib. Təxminən 6 min müəllim isə müəllimlərin işə qəbulu müsabiqəsinin bütün mərhələlərini tamamlayaraq məktəblərdə fəaliyyətə başlayıb:

“İndiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsil işçisi cəlb olunub.

Onlardan 73 min nəfərin əməkhaqqına əlavə edilib. Daha 17,5 min təhsil işçisinin əməkhaqqına əlavə ödənişlərin edilməsi proqnozlaşdırılır.

E.Əmrullayev bildirib ki, 2026-cı il iyunun 17-25-də keçirilən sertifikatlaşdırmada ilk dəfə təxminən 20 min müəllim iştirak edib.

Əvvəlki məqaləƏfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında – Yeddi il həbs istənildi
Növbəti məqalədəSahil Babayevin müşaviri oldu – Foto