Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 9-ci mikrorayon Mir Cəlal küçəsi 27 və 35 saylı binaların həyətində sakinlərin rahatlığı üçün 800 kv.m sahəni əhatə edən məhəllədə genişmiqyaslı abadlıq işləri aparılmışdır.
Bineqedi.com xəbər verir ki, abadlaşdırma işləri çərçivəsində binaların giriş hissələri təmir olunmuş, sınmış və yararsız vəziyyətdə olan aqlay hissələr yenilənmişdir. Yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, həyətə asfalt, daş döşənmiş, sakinlərin və uşaqların asudə vaxtını səmərəli keçirmələri üçün idman qurğuları və uşaq əyləncə elementləri quraşdırılmışdır.
Rayon ərazisində abadlıq işləri mütəmadi olaraq davam edir.















