Yasamalda məktəbli qızın faciəli ölümü – Hadisədən əvvəl nə deyib?

0
9883

Oktyabrın 28-də Bakı şəhəri, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin məktəbin 4-cü mərtəbəsindən yıxılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şagird aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

__________

Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub.

Bineqedi.com  Oxu.az-a istinadən xəbər verir ki, dünyasını dəyişən G.Dadaşovanın anası 3 il əvvəl qəzada ölübmüş. Onun atası isə Salyanda yaşayır. Məktəbli Bakıda xalası ilə birgə yaşayırmış.

Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.

____________

Oktyabrın 28-də saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

Bineqedi.com  xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:

“Təcili tibbi yardım briqadası tərəfindən naməlum bir azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

___________

Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova pəncərədən yıxılıb.

Bineqedi.com  xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dünyasını dəyişib. Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – deyə məlumatda bildirilib.

 

Əvvəlki məqaləPrezident İlham Əliyev: “Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb”
Növbəti məqalədəPA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabr ayı üzrə – Qəbul cədvəli