Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi

0
9095

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrlə bağlı müşavirəsi keçirilib.

Bineqedi.com xəbər verir ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin AZƏRTAC-ın foyesindəki büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı müstəqil dövlətçilik tariximizin mühüm inkişaf mərhələsinə təsadüf etməklə, ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultaydakı dərinməzmunlu və konseptual nitqi bütövlükdə dövlətimizin və cəmiyyətimizin qarşısında duran mühüm vəzifələri aydın şəkildə ortaya qoydu. Bu gün qürurla qeyd edirik ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu müdrik və uzaqgörən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu ardıcıl və qətiyyətli siyasi kurs nəticəsində Azərbaycan xalqının onilliklər boyu davam edən ən böyük arzusu reallığa çevrildi, torpaqlarımız işğaldan azad edildi, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu.

Qeyd edilib ki, bugünkü müşavirənin əsas məqsədi Prezident İlham Əliyevin proqram xarakterli nitqində müəyyənləşdirdiyi strateji xətti, təhlükəsizlikdən sosial rifaha, ideoloji işdən azad torpaqların dirçəldilməsinə qədər geniş proqramı təhlil etməkdən və jurnalistlərin qarşıya qoyulan vəzifələrin informasiya təminatındakı rolunu diqqətə çatdırmaqdan ibarətdir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva deyib ki, YAP-ın VIII qurultayı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunduğu tarixi şəraitdə keçirilib. O qeyd edib ki, VIII Qurultayda Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın keçdiyi tarixi yola, eyni zamanda, qazandığımız möhtəşəm Zəfərə nəzər salıb və qarşıda duran əsas hədəfləri açıqlayıb. Milli Məclisin deputatı deyib: “Qurultay xalqımız və dövlətimiz üçün mühüm bir hadisə kimi yaddaşlarda qaldı. VIII Qurultayda qazandığımız möhtəşəm Zəfərdən bəhs edildi. Əminəm ki, partiyamızın bundan sonra keçiriləcək qurultaylarında da Azərbaycanın əldə edəcəyi daha böyük uğurlardan, yeni qələbələrimizin qürurundan və sevincindən danışacağıq”.

YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirib ki, partiyamızın VIII Qurultayı ölkəmizin qarşıdakı dövr üçün siyasi prioritetlərinin, yeni hədəflərinin və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Vüsar İsmayılov qeyd edib ki, qurultayda 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin yaratdığı yeni reallıqlar, Azərbaycanın qarşısında duran vəzifələr və gələcək inkişaf istiqamətləri diqqət mərkəzində olub. O vurğulayıb ki, YAP bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə öz töhfəsini verəcək, ölkənin milli maraqlarının qorunması və daha güclü Azərbaycanın formalaşması istiqamətində fəaliyyətini davam etdirəcək.

Müşavirədə milli təhlükəsizliyin təkcə hərbi güclə deyil, həm də informasiya və ideoloji məkanın qorunması ilə birbaşa bağlı olduğu vurğulanıb. Xüsusilə gənclərin yüksək savad və vətənpərvərlik ruhunda yetişdirilməsi kənar təsirlərə və dezinformasiyalara qarşı ən etibarlı müdafiə kimi dəyərləndirilib. Yekunda ictimai rəyi çaşdırmaq istəyən qüvvələrin manipulyasiyalarını vaxtında zərərsizləşdirməyin və milli maraqları qətiyyətlə qorumağın ən ümdə vəzifə olduğu qeyd edilib.

 

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi - AZƏRTAC

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi Oktyabrın 29-da AZƏRTAC-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının Prezide

Əvvəlki məqaləÇoxmədəniyyətli Azərbaycan: dialoq üçün uyğun məkan
Növbəti məqalədəPrezident Türkiyədəki görüşdə iştirak edə bilməyəcək