Binəqədi rayon ərazisində sakinlərin rahatlığının təmin edilməsi, parkların, həyətlərin abadlaşdırılması və ətraf mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən növbəti abadlıq işləri çərçivəsində rayonun Atatürk prospektində yerləşən Ayna Sultanova parkında piyada cığırlarında yenilənmə, yaşıllıqlara qulluq işləri aparılmışdır.














